Azərbaycan mövqeləri Ağdam istiqamətində 28 dəfə atəşə tutulub

Azərbaycan mövqeləri Ağdam istiqamətində 28 dəfə atəşə tutulub

Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən Azərbaycan mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Bildirilib ki, əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.

Poliqon.az

CATEGORIES
TAGS