Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan yolsuzluq avtomobili alıb – FOTOLAR

Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan yolsuzluq avtomobili alıb – FOTOLAR

Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın “Trekol” şirkətindən 6×6 təkər formuluna malik “Xaski” yolsuzluq avtomobili alıb.

“Poliqon” xəbər verir ki, “Xaski” yolsuzluq avtomobili ilk dəfə dekabrın 20-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşü zamanı nümayiş olunub.

“Xaski” avtomobili 2014-cü ildən Rusiyanın “Trekol” şirkəti tərəfindən istehsal edilir. Qar, bataqlıq və istənilən yolsuzluq şəraitində bölmələrə effektiv hərəkət qabiliyyəti təmin etmək üçün nəzərdə tutulub. “Trekol” tərəfindən inkişaf etdirilən nəqliyyat vasitəsinin çoxsaylı sınaqları keçirilib. Bu sınaqlarda “Xaski”nin bütün vacib elementləri yoxlanılıb və imkanları yüksək qiymətləndirilib.

“Xaski” avtomobili bütün mövsümlərdə istifadə üçün təyin olunub. O, heyəti və yükləri zəif və sıx qruntlarda, yolsuzluq şəraitində, eləcə də ümumi istifadədə olan yollarda asanlıqla daşımağa imkan verir. “Xaski” kiçik su maneələrini də üzərək dəf edə bilir. Onun bir ədədinin qiyməti 8.8 milyon rubl (165.4 min Azərbaycan manatı) təşkil edir.

Texniki xüsusiyyətləri:

  • Uzunluğu – 6880 mm;
  • Eni – 2550 mm;
  • Hündürlüyü – 3110 mm;
  • Klirensi – 550 mm;
  • Kütləsi – 4000 kq;
  • Yükgötürmə qabiliyyəti – bərk səthli ərazilərdə 2000 kq; su və yumuşaq səthli ərazilərdə 1500 kq;
  • Oturacaq sayı – 8 nəfərlik;
  • Qapı sayı – 3;
  • Korpusu – alüminium ərintiləri;
  • Mühərriki – “Hyundai D4BH” (dizel);
  • Yanacaq çəni 210 litr;
  • Transmissiyası – 5 pilləli mexaniki ötürmələr qutusu.
CATEGORIES
TAGS