Azərbaycan Odusunun hərbçisinə hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib

Azərbaycan Odusunun hərbçisinə hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçu dekabrın 3-ü saat 13:00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.

Azərbaycan Ordusunun hərbi qulluqçusu havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.az

CATEGORIES
TAGS