Azərbaycan Ordusunda birləşmənin komanda-qərargah təlimi keçirilib – FOTO/VİDEO

Azərbaycan Ordusunda birləşmənin komanda-qərargah təlimi keçirilib – FOTO/VİDEO

Döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda birləşmənin ərazidə komanda-qərargah təlimi keçirilib. 

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təlim-döyüş siqnalı ilə qaldırılan bölmələr təyin olunmuş rayonlarda cəmləşərək ərazidə idarəetmə orqanlarının açılması ilə döyüşə hazırolma vəziyyətinə gətirilib.

Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirmək, eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.

Təlimdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra edib.

təlim1

təlim2

təlim3

təlim4

Poliqon.az

CATEGORIES
TAGS