Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul davam edir

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə qəbul davam edir

Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu prosesi davam edir.

Bu barədə “Poliqon” Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verib.

Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər fevralın 28-dən martın 19-dək qoşun növlərinin hərbi hissələrinin qərargahlarında, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Poliqon.az

CATEGORIES
TAGS