Azərbaycan Ordusunda praktiki atış çalışmaları icra olunub – VİDEO

Azərbaycan Ordusunda praktiki atış çalışmaları icra olunub – VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq qumbaraatan və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, atışdan əvvəl şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb, hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri məşq ediblər.

Daha sonra müxtəlif kateqoriyalı hərbi qulluqçular təlim sahələrində şərti düşmən hədəflərinin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Çalışmaların keçirilməsində başlıca məqsəd heyətlərin praktiki vərdişlərini və atəş açma bacarıqlarını təkmilləşdirməklə bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsidir.

Poliqon.az

CATEGORIES