Xəbərlər
Azərbaycan Ordusunda taktiki təlim keçirilib

Azərbaycan Ordusunda döyüş hazırlığı planına əsasən, hərbi hissədə taktiki təlim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Polion”a verilən məlumata görə, təlimin senarisinə uyğun olaraq bölmələr ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə, mühafizə və axtarış əməliyyatları, şərti düşmənin diversiya-kəşfiyyat qrupunun aşkar edilərək zərərsizləşdirilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.
Bildirilib ki, taktiki təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsidir.





