Azərbaycan Ordusunda yeni qurumlar yaradılacaq
Azərbaycan Ordusunda bir neçə yeni qurum – əməliyyat (komando) qurumları, briqadaları yaradılacaq.
“Poliqon”un məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Türkiyə Milli Müdafiə naziri Hulusi Akarla birgə keçirdiyi mətbuat konfransında deyib.
Zakir Həsənov Azərbaycan Ordusunun gələcəkdə böyük planlarının olduğunu bildirib: “Hərbi qulluqçularımız Türkiyədə təlim keçəndən sonra Azərbaycana qayıdıb, ən mühüm birləşmələrdə xidmətlərini davam etdirir. Bizim gələcəkdə də böyük planlarımız var”
Müdafiə naziri Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun təşkil edilməsinin davam etdirilməsini də diqqətə çatdırıb.
“Vətən müharibəsindən sonra Prezidentin tapşırığı ilə biz müharibənin nəticələrini təhlil edərək yenidən Azərbaycan Ordusunda təşkilatlı ştat tədbirləri həyata keçirdik”, – deyə Zakir Həsənov vurğulayıb.