Azərbaycan Ordusunun ən yaxşı snayperini müəyyənləşdirmək üçün yarış keçirilir

Azərbaycan Ordusunun ən yaxşı snayperini müəyyənləşdirmək üçün yarış keçirilir

2022-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilir.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

6 mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “Snayper müdafiədə”, “Snayper hücumda” və digər mövzular üzrə atəş çalışmalarında öz bacarıqlarını nümayiş etdirirlər.

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.

Yarış aprelin 15-dək davam edəcək.

sn1 sn2 sn3 sn4 sn

Poliqon.az

CATEGORIES
TAGS