Azərbaycan Ordusunun hərbçisi Cənubi Koreyada təhsilini fərqlənmə ilə bitirib – VİDEO

Azərbaycan Ordusunun hərbçisi Cənubi Koreyada təhsilini fərqlənmə ilə bitirib – VİDEO

Fevralın 27-də Seul şəhərində Cənubi Koreyanın Quru Qoşunları Akademiyasında təhsil alan kursantların buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçusu leytenant Əliyev Ədib Nazim oğlu təhsildə fərqləndiyi və xarici kursantlar arasında 1-ci yerə layiq görüldüyü üçün medalla təltif olunub.

“Koreya Quru Qoşunlarının Xidmətdə Fərqlənmə Medalı”nı Azərbaycan Ordusunun hərbi qulluqçusuna Cənubi Koreya milli müdafiə nazirinin vəzifələrini icra edən Kim Seon-ho təqdim edib.

CATEGORIES