
Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb
Yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alıb.
Bu barədə “Poliqon”a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Müəyyən edilib ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulub.
Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
CATEGORIES Xəbərlər