Azərbaycan Ordusunun leytenantı həlak olub

Azərbaycan Ordusunun leytenantı həlak olub

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib.

“Poliqon” xəbər verir ki, Müdafiə Nazirliyi rəsmi “Teleqram” səhifəsində bildirib ki, hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.

Hadisənin səbəbləri araşdırılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Poliqon.az

CATEGORIES
TAGS