Xəbərlər

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Martın 11-i saat 17:00-dan 21:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan ordusunun Ağdam, Xocavənd  və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, qeyd olunan istiqamətlərdə yerləşən Azərbaycan bölmələri tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb.

Bildirilib ki, əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.

Poliqon.az

Back to top button