
Azərbaycan ordusunun Xocalı və Goranboyda yerləşən mövqeləri atəşə tutulub
Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Azərbaycan ordusunun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bildirilib ki, hazırda qeyd olunan istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan bölmələrinin tam nəzarəti altındadır.
Qeyd olunub ki, Azərbaycan Ordusu heç bir halda mülki infrastrukturu hədəfə almır, yalnız qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir.