
Azərbaycan Prezidenti XRİTDX-nin hərbi qulluqçularını təltif edib
Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
“Poliqon” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:
- Məmmədzadə Kənan Kamil oğlu – polkovnik-leytenant
- Sanıyev Xalid Bəhmən oğlu – polkovnik-leytenant
- Şahmaliyev Vaqif Şaiq oğlu – polkovnik-leytenant
- Ağayev Vüsal Mirzağa oğlu – kapitan
- Mövlamov Füzuli Saleh oğlu – kapitan
- Musayev Mirvahid Mirələm oğlu – kapitan
- Şaliyev Şahin Eldar oğlu – kapitan
- Əliyeva Məsumə Teymur qızı – baş leytenant.
CATEGORIES Xəbərlər