Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Əlahiddə Ümumqoşun Orduda olub

Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Əlahiddə Ümumqoşun Orduda olub

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfl sentyabrın 5-də Əlahiddə Ümumqoşun Ordunun Komanda Məntəqəsinə gələrək məntəqənin fəaliyyəti ilə tanış olub.

“Poliqon” “Nuhçıxan” İnformasiya Agentliyinə istinadən bildirir ki, Komanda Məntəqəsinin Döyüşü İdarəetmə mərkəzində Prezidentin səlahiyyətli nümayəndəsinə döyüş hazırlığının, təlimlərin gedişatı, eləcə də Ermənistan Silahlı qüvvələrinin bölmələri ilə təmas xəttində cari vəziyyət haqqında məlumat verilib.

Daha sonra səlahiyyətli nümayəndə Əlahiddə Ümumqoşun Ordunun qərargahına gələrək yaradılmış şəraitlə tanış olub.

CATEGORIES