Xəbərlər

Azərbaycan, Qazaxıstan, Rusiya və İran Xəzər dənizində birgə hərbi təlim keçirəcək

Azərbaycan, Qazaxıstan, Rusiya və İran silahlı qüvvələrinin Xəzər dənizində birgə hərbi təlimi keçiriləcək

“Poliqon” xəbər verir ki, bu barədə Rusiyanın Xəzər Hərbi Donanması komandanının müavini kontr-admiral Sergey Yekimov jurnalistlərə açıqlamasında bildirib.

Sergey Yekimov qeyd edib ki, “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində İranda keçirilən “Dəniz kuboku” müsabiqəsi başa çatandan sonra bu ilin sentyabr ayının əvvəlində Xəzər dənizində Rusiya, Azərbaycan, İran və Qazaxıstandan gələn hərbçilərlə birgə təlim keçiriləcək.

Məlumat üçün qeyd edək ki, altı mərhələdən ibarət olan “Dəniz Kuboku” yarışının dörd mərhələsi başa çatıb. Yarışın dörd təliminin nəticələrinə görə İran komandası 94 xalla birinci, Qazaxıstan komandası 85 xalla ikinci, Rusiya komandası 84 xalla üçüncü, Azərbaycan hərbi dənizçiləri isə 80 xalla dördüncü yerdə qərarlaşıblar.

Rizvan Fikrətoğlu

Poliqon.az

Back to top button