Azərbaycan sərhədçiləri Ermənistan Silahlı Qüvvələrinin təxribata başladığı postu dağıdıb – VİDEO

Azərbaycan sərhədçiləri Ermənistan Silahlı Qüvvələrinin təxribata başladığı postu dağıdıb – VİDEO

Azərbaycan sərhədçiləri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin təxribata başladığı post məhv edilib.

“Poliqon” “Caliber.az”a istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinə məxsus post Azərbaycan Dövlət Sərhəd Xidmətinin gördüyü cavab tədbirləri nəticəsində dağıdılıb.

Xatırladaq ki, iyunun 15-də Ermənistan Silahlı Qüvvələri terror-təxribat-provakasiya əməllərini növbəti dəfə davam etdirməklə müxtəlif çaplı odlu silahlardan Azərbaycanı suveren ərazisi olan Laçın-Xankəndi avtomobil yolunun başlanğıcında yerləşən “Laçın” Sərhəd Nəzarəti məntəqəsinə dislokasiya olunmuş və ərazidə xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəşlər açıb, nəticədə bir nəfər hərbi qulluqçu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.

Poliqon.az

CATEGORIES