Azərbaycan Silahlı Qüvvələrində “Snayper hazırlığı” kursu keçirilib

Azərbaycan Silahlı Qüvvələrində “Snayper hazırlığı” kursu keçirilib

Türkiyə Silahlı Qüvvələrini Azərbaycanda təmsil edən Xüsusi Komandanlıq Qrupunun koordinasiyası ilə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə “Snayper hazırlığı” kursu keçirilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “Tvitter” hesabında bildirilib.

Nazirliyin sosial media hesabında həmçinin Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə keçirilən “Snayper hazırlığı” kursundan görüntülər paylaşılıb.

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən cari ilin döyüş hazırlığı planına əsasən Azərbaycanın Quru Qoşunlarında “Snayper hazırlığı” kursu keçirilir.

Kurs müddətində snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərini mənimsəməklə yanaşı, hərbi qulluqçuların atəş və fiziki hazırlıqlarına da xüsusi diqqət yetirilir.

Praktiki məşğələlər zamanı snayperlər istənilən hava şəraitində, fərdi və cütlük şəklində hərəkət edərək müxtəlif məsafələrdə yerləşən hədəflərə atəş açma tapşırıqlarını yerinə yetirirlər.

Bundan əlavə, atəş mövqeyinin seçilərək hazırlanması, təlim-döyüş tapşırığının yerinə yetirilməsi üçün təyin olunan obyektlərə gizli yaxınlaşma, əlverişsiz vəziyyətlərdən atəş açma, aşkar edildikdə mövqeni tərk etmə və digər vərdişlər təkmilləşdirilir.

1 24 2 20 3 17 4 12

Poliqon.az

CATEGORIES
TAGS