Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıb

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıb

Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da gecə saat 01:00 radələrində bu ölkədən çıxarılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, hazırda sülhməramlılar və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçuların Azərbaycana qayıdışı planlaşdırılır.

Qarşıya qoyulan tapşırıqları Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib.

Poliqon.az

CATEGORIES
TAGS