Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinə vəsiqə qazanıblar

Azərbaycan tankçıları “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinə vəsiqə qazanıblar

Azərbaycanı təmsil edən tankçılar “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan tankçıları avqustun 29-da Rusiyanın Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən müsabiqəsinin “Fərdi sürmə” mərhələsində (sonuncu üçüncü) Qazaxıstan, Serbiya və Belarusdan olan tankçılar ilə mübarizə aparıblar.

Mərhələnin nəticəsinə əsasən birinci yerdə Belarusu, ikincidə Qazaxıstanı, üçüncüdə Azərbaycanı, dördüncüdə isə Serbiyanı təmsil edən komandalar qərarlaşıb.

Beləliklə,  11 komanda arasında 4-cü yerdə olan Azərbaycan tankçıları yarımfinala yüksəliblər.

tank tank2 1

Poliqon.az

CATEGORIES
TAGS