Xəbərlər
Azərbaycan tankçıları “Tank biatlonu”nda finala yüksəlib

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiyanın Moskva şəhərində “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, yarmfinal mərhələsində uğurla çıxış edən Azərbaycan komandası final mərhələsinə yüksəlib.
Sentyabrın 4-də keçiriləcək final mərhələsində Azərbaycan tankçıları Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.
Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.




