Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, general-polkovnik Z.Həsənov iki ölkə arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu xatırladaraq Azərbaycanın müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığın genişləndirildiyini və bunun bölgədəki sabitliyi təmin edən mühüm amillərdən olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı şanlı Qələbənin Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini xüsusi vurğulayan nazir Türkiyənin göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

Türkiyənin Milli müdafiə nazirinin müavini iki ölkə arasında hərbi sahədə birgə sənayenin inkişaf etidirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri və əsas istiqamətləri müzakirə edilib, iki ölkə ordularının müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, həmçinin maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Zakir Həsənovun əmri ilə Azərbaycan Ordusu ilə uğurlu əməkdaşlığa görə Muhsin Dere Azərbaycanın “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.

Muhsin Dere2

Muhsin Dere3

Poliqon.az

CATEGORIES
TAGS