Azərbaycan Türkiyə və Gürcüstanla hərbi sazişi ratifikasiya edib
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Bu barədə “Poliqon” Prezidentin rəsmi saytına istinadən məlumat verib.
Məlumatda bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumu 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanıb.
CATEGORIES Xəbərlər