
Azərbaycan və Almaniyanın hərbi hüquq ekspertləri arasında görüş keçirilib
Azərbaycan Müdafiə Nazirliyi ilə Almaniyanın Federal Müdafiə Nazirliyi arasında imzalanmış illik hərbi əməkdaşlıq planına əsasən noyabrın 15-də Bakıda iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin görüşü keçirilib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Hərbi hüquq üzrə ekspert görüşü”ndə hərbi qanunvericiliyə dair qarşılıqlı təcrübə mübadiləsi keçirilib, inzibati icraatın və xidməti araşdırmaların aparılması, hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və bir sıra digər məsələlər müzakirə olunub.
CATEGORIES Xəbərlər