Azərbaycan və Bolqarıstan Müdafiə nazirlikləri əməkdaşlıq edəcək

Azərbaycan və Bolqarıstan Müdafiə nazirlikləri əməkdaşlıq edəcək

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Fərman izalayıb.

“Poliqon” xəbər verir ki, Fərmana əsasən “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq haqqında” 2021-ci il martın 11-də Sofiya şəhərində və mayın 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.

Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş