Azərbaycan və Gürcüstan arasında hərbi təhsil məsələləri müzakirə olunub

Azərbaycan və Gürcüstan arasında hərbi təhsil məsələləri müzakirə olunub

Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Milli Müdafiə Akademiyasının rektorunun müavini polkovnik Zurab Zerekidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, gürcüstanlı qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlar barədə ətraflı məlumat verilib.

Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

91bc60b652204a1ee57a271d6135f19f

CATEGORIES