Azərbaycan və İran müdafiə nazirləri görüşüb

Azərbaycan və İran müdafiə nazirləri görüşüb

İranda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri general Məhəmmədrza Aştiani ilə görüşüb.

Bu barədə “Poliqon” İranın İRNA dövlət informasiya agentliyinə istinadən məlumat verib.

Görüşdə İranın müdafiə naziri Azərbaycan və İran arasında müdafiə və təhlükəsizlik sahəsində əlaqələrin gücləndirilməsinin zərurətini vurğulayıb. General Məhəmmədrza Aştiani iki ölkənin xüsusi geosiyasi mövqeyinə görə əlaqələrin inkişafında böyük imkanlara malik olduğunu bildirib.

General-polkovnik Zakir Həsənov İran dövlətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib. Azərbaycanın müdafiə naziri ikitərəfli əlaqələrin inkişaf etdiyini vurğulayıb və iranlı həmkarını Bakıya dəvət edib.

Poliqon.az

CATEGORIES
TAGS