Azərbaycan və Özbəkistanın hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib

Azərbaycan və Özbəkistanın hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib

Azərbaycan və Özbəkistan respublikaları arasında hərbi əməkdaşlıq planına müvafiq olaraq, Bakıda hər iki ölkənin rabitə və informasiya texnologiyaları üzrə hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, nümayəndələr rabitə sistemləri, informasiya və kommunikasiya texnologiyaları, server infrastrukturunun qurulması, süni intellektin tətbiqi mövzularında ətraflı fikir mübadiləsi aparıblar.

İşçi görüşü zamanı birgə əməkdaşlığa dair bir sıra məsələlər müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

e8ba456c7db9e1e3b0af0600b2864973

CATEGORIES