Azərbaycan və Pakistan arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Pakistan arasında hərbi sahədə əməkdaşlıq müzakirə olunub

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin müdafiə və müdafiə istehsalı üzrə federal naziri general-leytenant Ənvər Əli Hayderlə görüşüb.

“Poliqon” xəbər verir ki, bu barədə səfir Xəzər Fərhadov özünün “X” hesabında paylaşım edib.

O bildirib ki, görüşdə Azərbaycan-Pakistan münasibətlərinin, xüsusən də iki qardaş ölkə arasında hərbi və hərbi-texniki sahədə əlaqələrin daha da möhkəmləndirilməsi yolları müzakirə olunub.

CATEGORIES
TAGS