Azərbaycan və Pakistan hərbi əlaqələrini daha da möhkəmləndirmək barədə razılığa gəliblər

Azərbaycan və Pakistan hərbi əlaqələrini daha da möhkəmləndirmək barədə razılığa gəliblər

Pakistan Azərbaycan ilə güclü diplomatik, iqtisadi və müdafiə əlaqələrini yüksək qiymətləndirir.

“Poliqon” xəbər verir ki, bunu Pakistanın Hərbi Hava Qüvvələri komandanı aviasiya marşalı Zahir Ahmed Baber Sidhu IDEAS-2022 sərgisi çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ilə görüşündə söyləyib.

General-leytenant Ramiz Tahirov daşqınların səbəb olduğu dağıntılar arasında insan tələfatı ilə bağlı Pakistan xalqına başsağlığı verib, Pakistan HHQ-nin daşqın qurbanlarına yardım və reabilitasiya üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.

Hər iki tərəf xüsusilə təlim və əməliyyat sahələrində mövcud hərbi əlaqələri daha da möhkəmləndirmək barədə razılığa gəliblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Poliqon.az

CATEGORIES
TAGS