
Azərbaycan və Pakistanın Milli Müdafiə Universitetlərinin nümayəndə heyəti arasında görüş keçirilib
İyunun 7-də Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən, professor general-leytenant Heydər Piriyev Azərbaycanda səfərdə olan Pakistan Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə “Milli təhlükəsizlik və müharibə kursu”nun dinləyicilərini qəbul edib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qonaqlar əvvəlcə Şəhidlər xiyabanında ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların məzarlarını ziyarət edərək gül dəstələri düzüblər.
Görüşdə iki ölkələ arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nümayəndə heyəti və dinləyicilərə Azərbaycanda hərbi təhsil sistemi haqqında geniş brifinq təqdim olunub.