Azərbaycan və Qazaxıstan hərbçiləri Türkiyədə kurs keçiblər
Azərbaycan və Qazaxıstan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Türkiyə Hərbi Dəniz Qüvvələrinin Naviqasiya, Hidroqrafiya və Okeanoqrafiya Dairə Başqanlığının nəzdində keçirilən “Hidroqrafiya kursu”nu bitiriblər.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi sosial media hesabında bildirilib.
Məlumatda qeyd olunub ki, “Hidroqrafiya kursu” 2021-ci il sentyabrın 20-dən 2022-ci il martın 4-dək tarixləri əhatə edib.
Rizvan Fikrətoğlu
CATEGORIES Xəbərlər