
Azərbaycan və Qırğızıstan müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib
İyunun 8-də İzmir şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Qırğızıstanın müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov arasında ikitərəfli formatda görüş keçirilib.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə iki ölkə arasında hərbi, hərbi-təhsil və qarşılıqlı əməkdaşlığın müxtəlif sahələri, eləcə də maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
CATEGORIES Xəbərlər