
Azərbaycan və Rusiya müdafiə nazirləri arasında telefon danışığı olub
Martın 25-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə onun Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə telefon danışığı olub.
Bu barədə “Poliqon” Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.
CATEGORIES Xəbərlər