Azərbaycan və Serbiya arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan və Serbiya arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti 11-14 oktyabr tarixlərində Belqrad şəhərində keçirilən “Partner-2021” Silah və Hərbi Texnika Sərgisində iştirak etmək üçün Serbiyada səfərdədir.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, sərginin ilk günü Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin Serbiyanın müdafiə naziri Nebojsa Stefanoviçlə görüşü baş tutub.

Görüş zamanı mühüm əhəmiyyət kəsb edən “Azərbaycan Respublikası Höküməti və Serbiya Respublikası Höküməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Daha sonra Mədət Quliyev “Yugoimport” Müdafiə Sənayesi Kompleksinin rəhbəri cənab Yuqoslav Petkoviç ilə də görüşüb. Görüşdə hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Serbiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilən sərgidə dünyanın müxtəlif ölkələrindən olan silah və hərbi texnika, artilleriya və raket kompleksi, müasir atıcı silahlar, döyüş sursatları, zirehli texnika, təyyarələr, xüsusi mühafizə vasitələri, müxtəlif növ trenajorlar və s. nümayiş etdirilir.

“Partner-2021” Silah və Hərbi Texnika Sərgisi öz işini oktyabrın 14-dək davam etdirəcək.

serbiya2

Poliqon.az

CATEGORIES
TAGS