Azərbaycan və Türkiyə arasında pilotaj təlimi Sazişi təsdiq edilib

Azərbaycan və Türkiyə arasında pilotaj təlimi Sazişi təsdiq edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

“Poliqon” xəbər verir ki, Fərmana əsasən 2021-ci il mayın 31-də Konya şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi” təsdiqlənib.

Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.

Poliqon.az

CATEGORIES
TAGS