Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlılarının iştirakı ilə SAT-SAS-2024 təlimi keçirilir
2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə qardaş ölkədə SAT-SAS-2024 birgə təlimi keçirilir.
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, Türkiyənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.
Təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.
Qeyd edək ki, birgə təlim noyabrın 29-dək davam edəcək.