Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri uçuş tapşırıqlarını yerinə yetiriblər

Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri uçuş tapşırıqlarını yerinə yetiriblər

“TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, tapşırığın senarisinə uyğun olaraq şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.

1 4

3 2

4 2

Poliqon.az

CATEGORIES
TAGS