
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə Naxçıvanda birgə təlimi keçiriləcək
2025-ci il 20-30 iyun tarixlərində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iştirakı ilə “Mustafa Kamal Atatürk-2025” birgə təlimi keçiriləcək.
“Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Naxçıvanda keçiriləcək birgə təlimə Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) ev sahibliyi edəcək.
Bildirilib ki, iki ölkə arasında dostluğun və hərbi əməkdaşlığın inkişaf etdirilməsi, bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə icra olunacaq təlimdə Quru Qoşunları və Xüsusi Təyinatlı Qüvvələr Komandanlıqlarından şəxsi heyət, silah-texnika və sistemlər iştirak edəcək.
Təlimin “Yüksək Səviyyəli Müşahidəçi Günü” 2025-ci il 30 iyun tarixində Naxçıvanda keçiriləcək.