Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri görüşüb

Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri görüşüb

“EFES – 2024” çoxmillətli təlimində iştirak etmək məqsədilə Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Bu barədə “Poliqon” Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verib.

Görüşdə hərbi və hərbi-texniki əməkdaşlığın cari vəziyyəti müzakirə edilib, həmçinin qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb.

CATEGORIES