Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşüb

Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşüb

Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumta görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi qeyd olunub.

İkitərəfli görüşdə hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb.

Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Poliqon.az

CATEGORIES
TAGS