Azərbaycanda hərbçilərin pensiya yaşı artırılıb

Azərbaycanda hərbçilərin pensiya yaşı artırılıb

Azərbaycanda hərbçilərin pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbi artırılıb.

“Poliqon” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunda öz əksini tapıb.

Qanuna əsasən, hazırlanmasına dövlət tərəfindən zaman və resurs sərf edilmiş hərbi qulluqçuların formalaşmış təcrübəsindən daha uzun müddət istifadə etmək məqsədilə hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə tələbinin 20 təqvim ilindən 25 təqvim ilinə çatdırılır.

Bu qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

CATEGORIES