Azərbaycanın 40 ədəd JF-17 qırıcısı alması təsdiqləndi – RƏSMİ

Azərbaycanın 40 ədəd JF-17 qırıcısı alması təsdiqləndi – RƏSMİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Pakistandan 40 ədəd JF-17C “Thunder” Block III qırıcısı alır.

“Poliqon” xəbər verir ki, Pakistan hökuməti sözügedən məlumat rəsmi olaraq təsdiqləyib.

Pakistan tərəfi bu satışın dəyərinin 4.6 milyard ABŞ dolları təşkil etdiyini və müvafiq müdafiə sazişinin imzalandığını bildirib.

Xatırladaq ki, ötən ayın sonlarında xarici KİV-lərdə Azərbaycanın Pakistandan 16 ədəd JF-17 “Thunder” döyüş təyyarəsi alınması ilə bağlı sifarişini 40 ədədə qədər artırdığına dair məlumatlar yayılmış və dəyərinin 4.2 milyard dollar olduğu qeyd edilmişdi. Ancaq həmin vaxt tərəflər bunu rəsmi şəkildə təsdiqləməmişdilər.

Həmçinin bax: Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub

CATEGORIES
TAGS