Azərbaycanın betondağıdan aviasiya bombası – FOTO

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Elmi Tədqiqat İnstitutu betondağıdan aviasiya bombası hazırlayıb.

“AzeriDefence”nin məlumatına görə, düşmənin dəmir-beton sığınacaqlarını, istehkamlarını, infrastruktrunu sıradan çıxarmaq üçün nəzərdə tutulan BETAB-100 və BETAB-250 sərbəstdüşən betondağıdan aviasiya bombaları sentyabr ayının sonunda Bakıda keçirilmiş ADEX-2016 beynəlxalq müdafiə sərgisinin yenilikləri sırasında yer alıb.

Sərgidə açıqlanan məlumata görə, BETAB-100 bombası 0.2-0.7, BETAB-250 bombası isə 0.8-1.1 metr qalınlığında dəmir-betonu dəlmə qabiliyyətinə malikdir.

BETAB aviasiya bombalarının seriyalı istehsalına 2017-ci ilin ortalarında başlanılması nəzərdə tutulur.

 

CATEGORIES