
Azərbaycanın dəniz xüsusi təyinatlıları çoxmillətli təlimdə tapşırıqları uğurla icra edirlər
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusunun iştirak etdiyi Pakistanın Karaçi şəhərində keçirilən AMAN-25 çoxmillətli dəniz təlimi davam edir.
Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, Azərbaycanı təmsil edən sualtı hücum və sualtı müdafiə qrupları təlimin planına uyğun olaraq, yaşayış məntəqələrində antiterror əməliyyatları, açıq dənizdə gəmilərin zəbt olunması və müxtəlif ərazilərdə partlamamış mərmilərin və əldə düzəlmə partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.
“Sülh naminə birlikdə” şüarı ilə keçirilən AMAN-25 çoxmillətli təlimində dəniz xüsusi təyinatlılarımız qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.