
Azərbaycanın hərbi qulluqçuları “Eternity-2025” təlimində iştirak edir
Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Türkiyə Qars vilayətində üçtərəfli “Eternity-2025” kompüter dəstəkli komanda qərargah təlimi keçirilir.
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, kompüter dəstəkli və praktiki olmaqla iki mərhələdə icra ediləcək təlim 3 ölkənin ərazisindən keçən strateji obyektlərin və kommunikasiya xətlərinin taktiki səviyyədə mühafizə və müdafiə ssenarisi üzərində qurulub.
Qeyd edək ki, ölkəmizdən Azərbaycan Ordusunun hərbi qulluqçularının və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının iştirak etdiyi birgə komanda qərargah təlimi 24 oktyabr tarixinədək davam edəcək.