Azərbaycanın hərbi texnika və silah arsenalının yenilənməsi üçün 500 milyon manat ayrılıb

Azərbaycanın hərbi texnika və silah arsenalının yenilənməsi üçün 500 milyon manat ayrılıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, düşmənin kapituliyasından dərhal sonra Vətən müharibəsi zamanı istifadə və çıxdaş olunmuş silah və sursatların, hərbi texnikaların yenilənməsi, o cümlədən bir sıra hərbi texnika və avadanlıqların ehtiyatlarının yaradılması və bərpası üçün gələn ilin dövlət büdcəsindən əlavə olaraq 500 milyon manat vəsait ayrılıb.

“Poliqon” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir onu da bildirib ki, gələn ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş hərbi qulluqçuların evlə təmin olunması üçün vəsait ayrılması nəzərdə tutulub: “2022-ci ildə də sosialyönümlü xərclər dövlət büdcəsində ən çox yer alan xərclər sırasındadır. Həmçinin işğaldan azad olunmuş ərazilərdə qulluq edən hərbi qulluqçular üçün əməyin ödənişi fondunun xərcləri 761 milyon manat artırılıb”.

Samir Şərifov işğaldan azad edilmiş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2.2 milyard manat vəsaitin ayrılmasını da diqqətə çatdırıb.

Poliqon.az

CATEGORIES
TAGS