Azərbaycanın ikinci telekommunikasiya peykini orbitə “Airanespace” şirkəti çıxaracaq
“Azərkosmos” ASC və Fransanın “Airanespace” şirkəti arasında Azərbaycanın ikinci telekommunikasiya peykinin geostasionar orbitə çıxarılmasına dair müqavilə imzalanıb.
“AzeriDefence”nin məlumatına görə, imzalanma mərasimi dövlət başçısı İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən “Bakutel-2015” telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində olub.
Peyk “Ariane-5ECA” raket daşıyıcısının köməyi ilə geostasionar orbitə çıxarılacaq. “Airanespace” şirkəti Azərbaycanın ilk “AzerSat” telekommunikasiya peykini “Ariane-5ECA” raket daşıyıcısının köməyi ilə geostasionar orbitə buraxıb.
“Azerspace-2” peykinin 2017-ci ildə orbitə buraxılması planlaşdırılır.