Azərbaycanın milli silahları – FOTOLAR
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) Silahlı Qüvvələrimizin ehtiyaclarının milli imkanlar hesabına qarşılanması, eləcə də xarici ölkələrə hərbi təyinatlı məhsulların ixracı istiqamətində işlər aparır. “AzeriDefence.com” saytı MSN mütəxəssisləri tərəfindən yaradılmış və yerli müəssisələrdə istehsal edilən hərbi təyinatlı məmulatların bəzilərini oxucuların diqqətinə təqdim edir.
- Azərbaycan MSN-in debütü olan 14.5 mm-lik “İstiqlal” antimaterial snayper tüfəngi (İST-14.5)
2) Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan 12.7 mm-lik “Mübariz” antimaterial snayper tüfəngi
3) 7.62×51 mm-lik “Yalquzaq” snayper tüfəngi
4) 7.62×54 mm-lik “Yırtıcı” snayper tüfəngi
5) Rusiyanın lisenziyası ilə istehsal edilən AK-74M avtomatı (üstə), Serbiya ilə müştərək istehsal edilən RGB-40 revolver tipli əl qumbaraatanı (altda)
6) Azərbaycanda yaradılmış 5.56×45 mm-lik EM-14 avtomatı
7) 7.62 mm-lik HP-7.62 hücum pulemyotu
8) RPQ-7 əl qumbaraatanı və onun döyüş sursatları
8) Təkmilləşdirilmiş 40 mm-lik dəzgahlı qumbaraatan
9) 57 və 80 mm-lik idarə olunmayan raketlər
10) Aviasiya təlim və döyüş bombaları
11) Zirehli texnikalar üçün Məsafədən İdarə olunan Döyüş Modulları
12) Artırılmış atış mənzilinə malik minaatanlar
13) 120 mm-lik minaatan və 107 mm-lik reaktiv yaylım atəş sistemi
14) “Leysan” raketatar sistemi. 81 və 57 mm-lik raketlərlə atəş aça bilən 3 və tək borulu nümunələri var
15) Türkiyənin TİSAŞ şirkəti ilə birlikdə Azərbaycanda istehsal olunan “İnam”, “Zəfər” və “Zəfər-K” tapançaları
16) Azərbaycanda istehsal olunmuş EM-14 avtomatı, UP-7.62 universal pulemyot və HP-7.62 hücum pulemyotu
17) Azərbaycan MSN müəssisələrində istehsal edilmiş döyüş sursatları




























